Bu gün II Liqada 20-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçiriləcək.
"Şimal" "Füzuli"ni, "Kür-Araz" "Araz Saatlı"nı qəbul edəcək. "Şəmkir" "Dinamo"nun "Göygöl" isə "Ağdaş"ın qonağı olacaq.
Qeyd edək ki, dünənki matçlardan sonra "Şahdağ Qusar" və "Şəfa"nın növbəti mövsüm üçün I Liqaya vəsiqə qazandığı dəqiqləşib.
9 aprel (çərşənbə)
16:00. "Şimal" – "Füzuli"
Siyəzən şəhər stadionu
16:00. "Kür-Araz" – "Araz Saatlı"
Saatlı OİK stadionu
16:00. "Dinamo" – "Şəmkir"
Binə qəsəbə stadionu
16:00. "Ağdaş" – "Göygöl"
Ağdaş şəhər stadionu