"Media nümayəndələri tez-tez mənə "stadionda təmir və yenidənqurma işlərinə start veriləcək" deyə, suallar ünvanlayırlar. Jurnalistlərin "Xəzər-Lənkəran"ı və stadionumuzu diqqətdə saxlaması bizi sevindirir". Bu sözləri Sport24.az-a açıqlamasında Lənkəran şəhər stadionun rəhbəri Höccət Hacıyev deyib.
Höccət bəy arenada görüləcək təmir işləri barədə bunları bildirib: "Biz həmişə mətbuata açıq və dürüst olmuşuq. Heç vaxt yalan vədlər verməmişik. Bu gün "Xəzər-Lənkəran" olmasa da, yenə gündəmdəyik. Lənkəran şəhər stadionunda təmir və yenidənqurma işləri aparılmır. Buna baxmayaraq, ümidimizi itirmirik. Səbrlə gözləyirik. İnşallah, bu yay stadionumuzda işlər başlayacaq və "Xəzər-Lənkəran" yenidən ölkə futboluna qayıdacaq".
ABDULLA İSMAYILOĞLU