Azərbaycan veteran futbolçusu Füzuli Cavadov dəfn olunub. Sport24.az xəbər verir ki, "Neftçi"nin keçmiş müdafiəçisi bu gün Binə qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşı olan mərhum 71 yaşında koronavirusdan vəfat edib. 

Qeyd edək ki, Füzuli Cavadov futbolçu karyerasının böyük hissəsini "Neftçi"də keçirib. O, 1972-78-ci illərdə "ağ-qara" formanı geyinib. Cavadov Naxçıvanın "Araz", həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın "Dauqava" komandalarında da çıxış edib.