Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq turnirə təyinat alıb. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, FIFA tərəfindən keçiriləcək "FIFA Beach Soccer World Cup UAE 2024" turnirinin oyunlarını idarə edəcək.

 

Qeyd edək ki, yarış fevral 15-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.