DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İslandiya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nn saytı məlumat yayıb.

 

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sentyabrın 4-də media qarşısına çıxacaq.

 

4 sentyabr

İslandiya milli komandası

15:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
16:45. Mətbuat konfransı

 

Azərbaycan milli komandası

21:45. Mətbuat konfransı
22:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.

İslandiya - Azərbaycan matçı sentyabrın 5-də, Reykyavik şəhərindəki "Lauqardalsvollur" stadionunda keçiriləcək