I Liqada çempionluğa iddialı "İmişli"nin baş məşqçisi Əsgər Abdullayev Sport24.az-ın suallarını cavablandırıb. Təcrübəli mütəxəssis əsas məqsədlərinin çempionluq olduğunu söyləyib.

 


- Son 3 oyunda 7 xal toplamısız ki, bu da pis göstərici hesab olunmur...
- Hazırda çempionatda gərgin mübarizə gedir.
Hədəfimiz 9 xal idi, vacib 2 xal itirdik. Hər oyunumuz finala bərabərdi.


-Autsayderlər arasında yer alan "Difai Ağsu" ilə oyunda itirilən 2 xal çempionluq yolundan sizə zərbə ola bilər?  
- Çempionatda zəif rəqib yoxdu. İstənilən komanda başağrısı olmağı bacarır. Bu gün autsayderlər liderləri büdrədə bilir. Odur ki, istənilən rəqibi dəyərləndirmək lazımdı.


- İlk pillədə qərarlaşan "Qaradağ Lökbatan"la aranızda 3 xal fərq var. Sizdən 1 xal geri qalan "Şamaxı"nın hədəfi çempionluqdu. Bu mübarizədən qalib ayrılmaq çətin olmayacaq?  
- Təbii ki, asan heç nə olmur. Çempionluğa bir neçə komanda iddialıdı. Çalışacağıq finişə birinci çataq.

 

- "Şər deməsən, xeyir gəlməz" deyirlər. "İmişli" elitaya çıxa bilməsə komandanın "sükanı arxasında" qalacaqsız?  
- Bu barədə indidən nəsə deyə bilmərəm. Qismət allahdandı.


ABDULLA İSMAYILOĞLU