PSJ baş məşqçisi Luis Enrike ilə bağlı qərar qəbul edib. Sport24.az ESPN-ə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis növbəti mövsüm Paris təmsilçisindəki fəaliyyətini davam etdirəcək.

 

Rəhbərlik Enrikenin işindən razıdır və onun çox nailiyyətlər əldə edə biləcəyinə inanır.

 

Qeyd edək ki, PSJ Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda Almaniyanın "Borussiya" (Dortmund) klubuna 0:1 hesabı ilə uduzub.