Azərbaycan badminton ailəsinin üzvləri Ulu öndərin 101-ci ildönümü ilə əlaqədar olaraq Böyük Qafqaz dağ silsiləsinin Qızı Qaya massivində yerləşən "Heydər Zirvəsi"nə yürüş edib.

Sport24.az xəbər verir ki, bu barədə Badminton Federasiyası məlumat yayıb.

Bildirilib ki, 3751 m məsafəni qət edən yürüş iştirakçıları zirvədə badminton da oynayıblar.