"Borussiya"nın (Dortmund) yarımmüdafiəçisi Marko Roys karyerasını MLS-də davam etdirə bilər.

Sport24.az xəbər verir ki, 34 yaşlı futbolçunun xidmətində ABŞ-ın "Sent-Luis Siti" klubu maraqlıdır. Artıq tərəflər ilkin danışıqlara başlayıb.

Roys bu mövsüm 39 oyun keçirib, 8 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçu cari mövsümün sonunda komandanı tərk edəcəyini klub rəhbərliyinə bildirib.