Andrey Lunin karyerasını "Real"da davam etdirməkdə qərarlıdır. Sport24.az "Todofichajes" portalına istinadən xəbər verir ki, ukraynalı qapıçı "Mançester Yunayted" və PSJ-nin təkliflərinə baxmayaraq, Madrid klubunda qalmaq qərarına gəlib.

 

Tərəflərin gələn həftə yeni müqavilə imzalayacağı gözlənilir. Müqavilə Çempionlar Liqasının final oyunundan əvvəl rəsmən açıqlana bilər. 

 

Qeyd edək ki, "Real" Çempionlar Liqasının finalına yüksəlib. Turnirin yarımfinalında madridlilər "Bavariya"nı mübarizədən kənarlaşdırıb.