Milli komandamızın hücumçusu Mahir Emreli Zaqrrb "Dinamo"su ilə müqaviləyə xitam verib. Sport24.az-ın əldə etdiyi məlumata görə, gələn ilin iyununadək anlaşması olan futbolçu klub rəhbərliyi ilə bütün məsələləri yoluna qoymağı bacarıb.
Emreli bu gündən etibarən azad agent statusuna malikdir. 27 yaşlı qoleadorun yaxın günlərdə yeni klubu ilə anlayacağı gözlənilir.
Mahirin müqavilə imzalamağa ən yaxın olduğu klub Almaniya "Nürnberq"i olsa da, Yaponiya təmsilçisi "Urava" da həmyerlimizin xidmətində maraqlıdı. Artıq gələn həftə azərbaycanlı futbolçunun yeni klubunun adı məlum olacaq.