Emin Mahmudov "Neftçi"də 60-cı qolunu vurub. Sport24.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXIII turuna təsadüf edib.
O, "Kəpəz"lə görüşdə (2:2) Bakı klubunu məğlubiyyətdən xilas edən qolun müəllifi olub.
Mahmudov "Neftçi"də keçirdiyi 252-ci qarşılaşmada 60-cı qoluna sevinib. O, Premyer Liqada 44, Azərbaycan Kubokunda 7, avrokuboklarda 9 dəfə fərqlənib.
Yarımmüdafiəçi "Neftçi"nin tarixi ərzində 60 və daha çox qol vuran 15-ci futbolçudur. O, klub tarixinin bombardirləri siyahısında 60 qol vuran Kazbek Tuayevə çatıb.
Qeyd edək ki, "Neftçi" tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərovdur – 142 qol. Anatoli Banişevski 136, Yunis Hüseynov 103 dəfə fərqlənib.