"Fənərbağça" azarkeşləri baş məşqçi Joze Mourinyonun istefasını istəyir. Sport24.az xəbər verir ki, fanatlar Super Liqada "Beşiktaş"a məğlubiyyətdən (0:1) sonra mütəxəssislə bağlı istefa şüarları səsləndiriblər.
Klub avtobusunu müşayiət edən azarkeşlər narazılıqlarını bildirib və Mourinyonun getməsini istəyib.
"Fənərbağça" Super Liqada 75 xalla ikincidir və sona 4 tur qalmış lider "Qalatasaray"dan 8 xal geri qalır.