"Bu matçda həm bizim, həm də rəqibin qol imkanları oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Tellur Mütəllimov deyib. 

 

30 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının 33-cü turunda səfərdə "Araz-Naxçıvan"la heç-heçə etdikləri (1:1) oyunla bağlı fikirlərini bölüşüb: 

 

"Fikrimcə bizim şanslarımız daha çox idi. Oyuna qələbə üçün çıxmışdıq. Təəssüf ki, sonda 1 xal qazandıq".

 

T. Mütəllimov ölkə kubokubokunun finalında "Qarabağ"a qarşı keçirəcəkləri qarşılaşma və çempionatdakı digər matçlar haqqında da fikirlərini bölüşüb: 

 

"Kubokun finalına hələ var. İndi əsas üzərimizə düşən hər oyunumuza qələbə üçün çıxmaqdır. Bu matça kimi bizi çempionatda 3 oyun gözləyir. Turnir cədvəlində vəziyyətimizdən asılı olmayaraq bu oyunlara da maksimum nəticə ilə çıxmalıyıq. O ki qaldı final oyununa, bizi gərgin və çox çətin oyunun gözlədiyini bilirik. Amma istənilən halda finalda şanslar bərabərdir".

 

Qeyd edək ki, "Sabah" mayın 9-da, 34-cü turda "Şamaxı"nı qəbul edəcək.