"Bayer" Almaniya Bundesliqasının XXXII turunda "Frayburq"la səfərdə heç-heçə edib – 2:2. Sport24.az xəbər verir ki, Leverkuzen təmsilçisi Bundesliqada 33 oyundur, səfərdə uduzmur.
Komanda bu görüşlərdə 23 qələbə qazanıb, 10 heç-heçə edib.
"Bayer" bu göstəricidə "Bavariya"nın rekordunu təkrarladı. Münhen təmsilçisi 2012-2014-cü illərdə 33 səfər oyununda uduzmayıb.