"Maraqlı və çətin oyun oldu. Həm qalib gələ, həm də məğlub ola bilərdik. Yekunda bir xal qazandıq. Hər qazanılan xal bizim üçün vacibdir".
Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Rauf Rüstəmli Misli Premyer Liqasının 33-cü turunda "Səbail" ilə heç-heçə etdikləri (1:1) oyunla bağlı fikirlərini bölüşərkən deyib.
Müqavilə ilə "Sabah"a məxsus olan yarımmüdafiəçi mösümün sonunda "bayquş"lara mümkün qayıdışı haqda danışıb:
"Bəli, müqavilə ilə "Sabah"a məxsusam. Növbəti mövsüm "Şamaxı"da qalacam, yoxsa, "Sabah"a dönəcəm bilinmir. İnşallah, 2024-2025 "futbol ili" bitdikdən sonra bilinəcək. Yəqin ki, hər iki tərəfə xeyirli bir qərar verilər.
Qeyd edək ki, "Şamaxı" Misli Premyer Liqasının 33 turundan sonra 36 xalla 7-ci pillədə qərarlaşıb.