"Şamaxı" ilə oyuna yaxşı başladıq. Hesabda üstün olduğumuz bir vaxtda rəqib bizi məyus etdi. Qısa zamanda qapımızda iki qol gördük ki, bu da komandanı sanki "sındırdı". Həmin dəqiqələrdə çox pis təsir bağışlayırdıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Elvin Bədəlov deyib.
Təcrübəli müdafiəçi komandasının Misli Premyer Liqasının 30-cu turu çərçivəsində baş tutan "Şamaxı" ilə oyun haqda fikirlərini bölüşməklə yanaşı, növbəti turda üz-üzə gələcəkləri "Zirə" ilə matç barədə də danışıb:
"Oyuna yaxşı başlamışdıq. İkinci hissədə buraxılan qollar məsələni həll etdi. Çox üzücü məğlubiyyət oldu. Qarşıda "Zirə" ilə oyun var. Bizə xallar lazımdır. Komandanı çətin səfər matçı gözləyir. Həmin oyuna qədər səhvlərimizin üzərində işləyib daha diqqətli olmalıyıq".
Qeyd edək ki, "Sumqayıt" doğma meydanda "Şamaxı"ya 1:2 hesabı ilə məğlub olub.