Azəbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-nın top-hakimlər üçün təşkil etdiyi XXXI Təkmilləşdirmə Kursuna qatılacaq. Sport24.az xəbər verir ki, yanvarın 29-da İtaliyada start götürəcək təlimlər fevralın 1-dək davam edəcək.

Kursda 38 hakimdə iştirak edəcək. Belə ki, I kateqoriyada yer alan 27 ədalət təmsilçisi və 11 VAR hakimi öz biliklərini təkmilləşdirəcəklər.

Rusiyanın FIFA dərəcəli hakimi Sergey Karasyov siyasi məsələlərə, rumıniyalı İştvan Kovaç və ingiltərəli Antoni Teylor isə klublararası dünya çempionatına təyinat aldıqlarına görə seminara dəvət olunmayıblar.