"Şamaxı"nın futbolçusu Əli Səmədov komandadakı vəziyyətindən söz açıb. Qış transfer dövründə "Kəpəz"dən gələn 26 yaşlı yarımmüdafiəçi Sport24.az-a açıqlamasında vəziyyətin normal olduğunu söyləyib. "Burda hər şey qaydasında gedir. Məşqçilər və rəhbərlik dəstək verir. Komandanın uğuru üçün əlimizdən gələni edirik. Ən azı Premyer Liqada qalmaq üçün çalışırıq. Mənim üçün hər şey əladır. Uşaqların çoxu ilə də əvvəldən münasibətim vardı. Bu səbəbdən uyğunlaşma prosesi çox rahat oldu".

Qeyd edək ki, Səmədov "Şamaxı" ilə 1 illik müqavilə imzalayıb.

 

 

MEHMAN SÜLEYMANOV