Türkiyə I liqasında XXXIII turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Çorum" səfərdə "Erzurumspor"la üz-üzə gəlib.
Görüş 1:1 hesabla başa çatıb.
Matça start heyətində başlayan Coşqum sona qədər meydanda olub.
Aktivində 48 xalı olan "Çorum" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.