İngiltərənin "Çelsi klubu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqası oyununda dəstəksiz qalmayacaq. Sport24.az-ın məlumatına görə, London təmsilçisini matçda tribunadan 1000-dən çox azarkeş dəstəkləyəcək.
Qonaq komandanın azarkeşləri üçün üç sektor ayrılıb.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.