Misli Premyer Liqasının XXXIV turunun "Sabah" - "Şamaxı" oyunundan (3:1) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski fikirlərini bölüşdü. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları dedi...
- Qələbə önəmli idi. Bu, komandamıza emosional cəhətdən müsbət təsir göstərəcək. Pis oynamadıq. Buraxdığımız qolda taktiki səhvə yol verdik. Ümumi götürəndə oyundan məmnunam.