Azərbaycan Premyer Liqasına sona 2 tur qalmış bombardilər yarışında mübarizə daha da qızışıb. Sport24.az xəbər verir ki, bu, təxirə salınan "Qarabağ" - "Sumqaayıt" matçından sonra olub.
Belə ki, ağdamlıların 5:0 hesabıyla qalib gəldiyi bu görüşdə qol müəlliflərindən 3-ü - millimizin yarımmüdafiəçisi Filip Ozobiç, braziliyalı həmkarı Kado Borges və seneqallı hücumçu İbrahima Vadji qollarının sayını 11-ə yüksəldərəj bunadək şərikli lider olan gürcü forvard Davit Volkovla ("Zirə") almaniyalı vinger Coy-Lens Mikelsə ("Sabah") çatıblar. Özü də daha geridə olan Kadi dubla imza ataraq liderlərə çatıb.
Nəticədə "Qol kralı" uğrunda beşhakimiyyətlik yaranıb. Onların ən yaxın izlətyicisi 10 qolla Tyaqo Bezerradı. Sadəcə, "Neftçi"nin braziliyalı hücumçusu növbəti turda cəzalıdı və onun fərqlənmək üçün bir matçı qalıb. Bu da çətin sınaq - "Qarabağ"la səfər görüşüdü. Həmin "Qarabağ" növbəti turda autsayder "Səbail"ə qonaq gedəcək və ən sərrast oyunçularının qol saylarını artırmağa yaxşı imkanarı var.
Volkov "Neftçi" və "Şamaxı"yla ev matçlarında öz sərrastlığını göstərə bilər. Mikels isə "Sumqaılt"la Masazırda və "Qəbələ"ylə səfərdə görüşəcək.
Onu da bildirək ki, bu "5-lik"dən 31 yaşlı Ozobiç ən uzun müddətdi - ardıcıl 6-cı mövsümdü Premyer Liqamızda çıxış edir və debütündə Rauf Əliyevlə birgə 11 qolla şərikli bombardir olmuşdu.