"Konfrans Liqasında mümkün qədər uzağa getmək istəyirik. "Kayrat" topladığı xalların sayına baxmayaraq, göründüyündən qat-qat güclü komandadı". Sport24.az xəbər verir ki, bu fikirləri "Bazel"i baş məşqçisi Patrik Rahmen Qazaxıstanda "Kayrat"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis bildirib ki, Almatı təmsilçisinin "Qarabağ"a 1:2 hesabı ilə uduzduğu hər iki qrup matçını təhlil edib: "Bu qarşılaşmalarda "Kayrat" rəqibini tam olaraq məğlub edə bilərdi".

Xatırladaq ki,  "Kayrat" - "Bazel" matçı bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.