Bu gün Azərbaycan Premyer Liqasında XVI turun görüşlərinə start verilib. Sport24.az ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Turun ilk matçında Bayılda turnir cədvəlində qonşular - "Sabah"la "Səbail" görüşüb. Kubokda mübarizəni dayandıran bu komandaların çempionatda da işləri yaxşı getmir. Təsadüfi deyil ki, qış fasiləsindən sonra heç birinin hesabında qələbə yox idi. "Səbail" ümumiyyətlə, xala həsrət qalmışdı. Lakin Aftandil Hacıyevin komandası bu oyunda qalib gəlməklə rəqibini arxada qoyub. 

Digər oyunda "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Keçən tur liderliyini əldən verən Ağdam klubu bu oyunda da xal itkisi ilə üzləşib. 

Azərbaycan Premyer Liqası
XVI tur

16:00. "Səbail" - "Sabah" - 2:0
QOL: A.Yunanov, 16; 77.
Hakimlər:
 Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Bakı, "ASCO Arena".

Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 22. Əfran İsmayılov, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov.
Baş məşqçi: Aftandil Hacıyev.

Sabah: 12. Alvaro Villete, 14. Slavik Alxasov (k), 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 48. Dmitro Klots, 2. Amin Seydiyev, 26. Fofana Tiemoko, 6. Şakir Seyidov.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rüstəm Samiqullin, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 9. Xulio Sezar Rodriqes, 38. Arsen Ağcabəyov, 77. Veysəl Rzayev.
Baş məşqçi: Visente Qomes.

18:00. "Sumqayıt" - "Qarabağ" 0:0

Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev

Sumqayıt, "Kapital Bank Arena".

 

Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 9. Xayme Romero, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 8. Uroş Matiç, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 39. Zaur Fərzəliyev, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, tura fevralın 20-də "Keşlə" - "Zirə" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.