“Napoli”nin hücumçusu Xviça Kvaratsxeliyanın oynamaq istədiyi klubun adı müəyyənləşib. Sport24.az saytı xəbər verir ki, bunu ulduz futbolçunun meneceri, həmçinin vaxtilə Azərbaycan millisinin formasını geyinmiş atası Badri Kvaratsxeliya deyib.
Ölkəmizdə “Kəpəz” və “Şəmkir”in formasını geyinmiş Badri “Napoli”də keçirdiyi ilk 5 oyunda 4 qol, 1 assistlə yadda qalan 21 yaşlı oğlunun ən böyük arzusunun “Real”da oynamaq olduğunu söyləyib: “Bütün övladlarım, o cümlədən Xviça “Real” azarkeşidir”.
Meneceri isə Gürcüstan millisinin forvardını gələcəkdə “Real” və ya “Bavariya”da gördüyünü açıqlayıb.
Qeyd edək ki, Xviça “Napoli”yə bu yay Batumi “Dinamo”sundan keçib.