Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev növbəti təyinatını alıb. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada yerli "Şerif"lə Sloveniya təmsilçisi "Olimpiya" arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.

 

İtaliyalı baş hakim Mauritsio Marianinin idarə edəcəyi qarşılaşma Tiraspol şəhərində yerləşən "Şerif Arena"da baş tutacaq.

 

Qeyd edək ki, matç avqustun 15-də reallaşacaq.