"Arsenal" İngiltərə Premyer Liqasının XXXVII turunda "Bernli"ni məğlub edib – 1:0. Sport24.az xəbər verir ki, görüşdə qapısını toxunulmaz saxlayan David Raya rekorda imza atıb.

 

O, bir mövsümdə ən çox quru oyun keçirən qolkiper olub. Raya cari "futbol ili"ndə çempionatda 19 matçda qol buraxmayıb.

 

Bundan əvvəlki rekord 1993/94 mövsümündə qeydə alıb. "Arsenal"ın keçmiş qapıçısı Devid Simen həmin il 19 quru oyun keçirib.