İspan futbolçu Lamin Yamal yayda keçiriləcək dünya çempionatının startını buraxacaq. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
"Barselona"nın heyətində zədə alan Yamal mundiala qədər tam hazır olmayacaq. O, birinci turda Kabo-Verde ilə matçda meydana çıxa bilməyəcək.
İspaniya yığması dünya çempionatında Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq. Mundial iyunun 11-də start götürəcək.
İspaniya millisi ilk oyunu 15 iyunda Kabo-Verdeyə qarşı keçirəcək.