Portuqaliya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, "Əl Nəsr"in hücumçusu Kriştiano Ronaldo yığmaya dəvət alıb.

 

Portuqaliyalı futbolçu karyerasında 6-cı dəfə mundialda iştirak edəcək.

 

Portuqaliya millisi K qrupunda Özbəkistan, Konqo və Kolumbiya ilə mübarizə aparacaq.

 

ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi turnirə iyunun 11-də start veriləcək.