Avstriya milli komandasının futbolçusu Marsel Sabitser AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycan yığmasıyla keçirləcək matçından əvvəl mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, "Mançester Yunayted"in yarımmüdafiəçisi ilk oyunda əsas məqsədlərinin qələbə qazanmaq olduğunu deyib: "Rəqiblərimizi yaxşı analiz etmişik. Onların güclü, eyni zamanda zəif tərəflərini də bilirik. Mütləq AVRO-2024-də olmaq istəyirik. Bunun üçün hər şeyi edəcəyik".

Qeyd edək ki, Avstriya - Azərbaycan qarşılaşması sabah Bakı vaxtilə saat 23:45-də baş tutacaq. Rəqibiniz bundan 3 gün sonra Estoniyanı qəbul edəcək