21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. Sport24.az xəbər verir ki, U-21 2025-2027-ci il aralığında keçirəcəyi görüşlərə bu ilin sentyabr ayında start verəcək.

 

B qrupunda yer alan yığma ilk olaraq səfərdə Portuqaliya ilə qarşılaşacaq.

 

Millimizin oyunlarının təqvimi belədir:

 

05.09.2025. Portuqaliya – Azərbaycan

 

09.09.2025. Azərbaycan – Bolqarıstan

 

10.10.2025. Çexiya – Azərbaycan

 

14.10.2025. Azərbaycan – Şotlandiya

 

18.11.2025. Cəbəllütariq – Azərbaycan

 

27.03.2026. Azərbaycan – Portuqaliya

 

31.03.2026. Bolqarıstan – Azərbaycan

 

25.09.2026. Azərbaycan – Çexiya

 

30.09.2026. Şotlandiya – Azərbaycan

 

06.10.2026. Azərbaycan – Cəbəllütariq