Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) fevral ayı üzrə dünya klublarının reytinq cədvəlini açıqlayıb. Sport24.az xəbər verir ki, siyahıda 501 klub yer alıb. Onların arasında Azərbaycanın 3 təmsilçisi var.
"Qarabağ" martla müqayisədə 16 pillə geriləyib. Qurban Qurbanovun komandası 147,75 xalla 103-cüdür. "Zirə" 208-ci yerdən 219-cu sıraya (98,25 xal) enib.
"Sabah" isə 61 pillə irəliləyib. 68,5 xala malik paytaxt klubu "Bravos do Maqeş" və "Kilmarnok"la 353-cü yeri bölüşür.
Qeyd edək ki, zirvədə 507 xalla "Real" qərarlaşıb. "Bayer" 404 xalla 2-ci, "Atalanta" isə 386 xalla 3-cüdür.