AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Sport24.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

 

Tribunal "Hypers Guba" klubunun şikayətinə baxıb. II Liqa klubunun müraciəti qismən təmin edilib.

 

XIV turun "Hypers Guba" – "Şəmkir" oyununda hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 matçlıq cəza alan Ruslan Qurbanovun diskvalifikasiya müddəti dəyişdirilib. Ona tətbiq olunan 4 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 2 matçlıq diskvalifikasiya şərti tətbiq ediləcək. Ruslana 3 ay sınaq müddəti təyin edilib. Bu müddət martın 6-dan nəzərə alınacaq. "Hypers Guba"ya 300 manat cərimə isə qüvvədə saxlanılıb.