Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Sport24.az xəbər verir ki, ilk gündə 4 matç keçirilib. Bununla da 1/4 finalın ilk iştirakçıları müəyyənləşib.

 

"Barselona" "Benfika"ya qalib gəlib.

 

"Liverpul" öz meydanında PSJ ilə üz-üzə gəlib. Oyunun taleyi "lotoreya"da həll olunub. "İnter" "Feyenoord"dan üstün olub.

 

"Bavariya" isə ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi "Bayer"i yenə üstələyib.

 

Beləliklə, ilk oyunların və cavab matçlarının nəticələrinə əsasən, "Barselona", "İnter", PSJ və Bavariya" 1/4 finala adlayıb.

 

Qeyd edək ki, 1/8 finalın digər cavab qarşılaşmaları bu gün oynanılacaq.

 

Çempionlar Liqası, 1/8 final, cavab oyunları 

"Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya) - 3:1

Qollar: Rafinya, 11, 42, Yamal, 27 - Ortamendi, 13

İlk oyun - 1:0.

"Liverpul" (İngiltərə) - PSJ (Fransa) - 0:1. Penaltilər seriyası - 1:4

Qol: Dembele, 12

İlk oyun - 1:0.

"İnter" (İtaliya) - "Feyenoord" (Niderland) - 2:1

Qollar: Tyuram, 8, Çalhanoğlu, 51-pen. - Moder, 42-pen.

İlk oyun - 2:0.

"Bayer" (Almaniya) - "Bavariya" (Almaniya) - 0:2

Qollar: Keyn, 52, Deyvis, 71

İlk oyun - 0:3.