"Barselona"nın vingeri Rafinya İngiltərə Premyer Liqasına qayıda bilər. Sport24.az xəbər verir ki, 28 yaşlı braziliyalı oyunçu ilə dörd ingilis klubu maraqlanır: "Nyukasl", "Arsenal", "Liverpul" və "Mançester Yunayted".
Bildirilir ki, "Arsenal"ın baş məşqçisi Mikel Arteta Rafinhaya böyük heyrandır və braziliyalının komandaya ciddi güc qata biləcəyinə inanır. Bununla belə, "Mançester Yunayted" və "Liverpul" Rafinyanı transfer etmək üçün maddi cəhətdən daha hazırlıqlı görünür. Mersisaydlılar braziliyalı futbolçunun Məhəmməd Salahı əvəz edə biləcəyini düşünür.
"Transfermarkt" portalı Rafinyanın dəyərini 80 milyon avro qiymətləndirir. Braziliyalı futbolçu daha əvvəl İngiltərənin "Lids Yunayted" klubunda çıxış edib.