"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasında 1/8 final mərhələsinin PSV ilə oynanılacaq cavab oyunu öncəsi jurnalistlərə açıqlama verib. Sport24.az xəbər verir ki, media nümayəndələri Artetadan Premyer Liqanı, yoxsa Çempionlar Liqasını qazanmağı üstün tutacağını soruşublar.
İspaniyalı mütəxəssis isə bu turnirlər arasında seçim edə bilməyib:
"Mən çox şanslıyam, çünki seçim etmək məcburiyyətində deyiləm, heç kim məni bu vəziyyətə salmayıb. Mövsümün əvvəlindən dörd yarışımız olur. Biz dördünə də qoşuluruq və nə olacağını görəcəyik".
Premyer Liqada 2-ci pillədə qərarlaşan "Arsenal" bir oyun az keçirməsinə baxmayaraq, lider "Liverpul"dan 15 xal geri qalır.