Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən il üçün dünyanın ən yaxşı futbol liqalarının siyahısını açıqlayıb. Sport24.az xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqası da var.

Belə ki, aktivində 324 xal olan çempionatımız 60-cı yerdə qərarlaşıb. Premyer Liqamız 2020-ci il ilə müqayisədə 14 pillə irəliləyib.

Braziliyanın A seriyası ötən ilin ən yaxşı liqasıdır. Bununla İFFHS tarixində ilk dəfə (1991-ci ildən) Avropadan başqa qitə liqası (İspaniya – 13, İtaliya - 11, İngiltərə - 5, Almaniya - 1) sıralamaya başçılıq edib. İngiltərə Premyer Liqası (1204) 2-ci, İtaliya A Seriyası isə (1060,5) 3cü yerdədi.