Azərbaycan milli komandasının hücumçusu Vüsal İsgəndərli "Partizani"dən ayrılıb. Sport24.az xəbər verir ki, 29 yaşlı futbolçu "Malişeva" klubu ilə müqavilə imzalayıb.

 

Bu barədə Kosovo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Anlaşmanın detalları açıqlanmayıb.

 

Vüsal ötən mövsüm "Partizani"də 31 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.