Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, U-17m yığmamız Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

 

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, bu komandalar iyulun 1-də ikinci yoxlama oyununda üz-üzə gələcəklər.