"Atletiko"nun futbolçusu Kleman Lanqle karyerasını Portuqaliyada davam etdirəcək. Sport24.az xəbər verir ki, fransalı müdafiəçi "Benfika" ilə anlaşıb.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Portuqaliya təmsilçisi Lanqle ilə 3 illik müqavilə imzalayacaq.
Lanqle 2025-ci ildən "Atletiko"da çıxış edir. 31 yaşlı futbolçu ötən mövsüm La Liqada 19 oyunda forma geyinib.