Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, sabah start götürəcək qarşılaşmaların hakimləri də bəlli olub.

1/4 final Rəvan Həmzəzadənin start fiti ilə başlayacaq. O, “Zirə” – “Neftçi” matçını idarə edəcək. FİFA hakimlərindən Əliyar Ağayev təyinat alıb. 

 

8 dekabr (cümə axşamı)

“Zirə” – “Neftçi”
Hakimlər: 
Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Kamal Umudlu
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
Zirə İK stadionu, 18:00

“Qarabağ” – “Qəbələ”
Hakimlər: 
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Babək Quliyev
“Azərsun Arena”, 20:30


9 dekabr (cümə)

“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: 
Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
Gəncə şəhər stadionu, 14:00 

“Səbail” – “Sabah”
Hakimlər: 
Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
“ASCO Arena”, 17:00