2021/22 mövsümünün ikinci yarısı futbol üzrə Azərbaycan kubokunun oyunları ilə start götürəcək. Sport24.az xəbər verir ki, 1/4 final mərhələsinin ilk görüşləri çərçivəsində baş tutacaq 4 matç fevralın əvvəlində baş tutacaq.

Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin əvvəlki kubok oyunlarının balansını təqdim edib. 

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları

1 fevral

8. "Qarabağ" – "Keşlə"  – 11 oyun, +7=2-2, top fərqi 15-7

7-ci dəfə yolları kəsişən rəqiblər 6 duel çərçivəsində 11 oyunda üz-üzə gəlib. Son 4 qarşıdurmadan qalib ayrılan “Qarabağ” 7 oyundur uduzmur. “Keşlə” sonuncu dəfə 14 il əvvəl qalib gəlib.

2004/05, 1/8 final, Qarabağ (Ağdam) - İnter (Bakı) 1:0, 0:2
2007/08, 1/4 final, Qarabağ (Ağdam) - İnter (Bakı) 2:2, 0:1
2008/09, final, İnter (Bakı) - Qarabağ (Ağdam) 0:1
2015/16, 1/2 final, İnter (Bakı) - Qarabağ (Ağdam) 0:4, 0:1
2018/19, 1/4 final, Qarabağ (Ağdam) – Keşlə 1:0, 1:1
2019/20, 1/4 final, Qarabağ (Ağdam) - Keşlə (Bakı) 1:0, 3:1

6. "Neftçi" – "Sabah" – indiyədək qarşılaşmayıblar

2 fevral

5. "Zirə"  – "Səbail"  – 4 oyun, +3=1-0, top fərqi 5-2

Hər iki dueldə mərhələni “Zirə” adlayıb. “Səbail” qələbə qazanmayıb.

2018/19, 1/4 final, Zirə (Bakı) - Səbail (Bakı) 1:0, 3:2
2019/20, 1/4 final, Səbail (Bakı) - Zirə (Bakı) 0:0, 0:1

7. "Sumqayıt" – "Qəbələ"  – 1 oyun, +0=0-1, top fərqi 0-1

İndiyədək yalnız bir dəfə üz-üzə gələn rəqiblər 3 il əvvəl finalda görüşüb. Həmin matçda “Qəbələ” bir qolla qalib gəlib.

2018/19, final, Qəbələ – Sumqayıt 1:0