Qış transfer dönəmində “Sumqayıt”dan ayrılan portuqaliyalı futbolçu Filipe Çabi Azərbaycan klubu ilə vidalaşıb.

Sport24.az xəbər verir ki, ötən gün ölkəsinin “Belenenseş” klubu ilə müqavilə imzalayan 29 yaşlı yarımmüdafiəçi “İnstagram” səhifəsindəki paylaşımında klub rəhbərliyinə təşəkkürünü bildirib:

“Yaxşı təcrübə oldu. İki il əvvəl Azərbaycana getmək istədiyimi soruşsaydılar, dəli olduqlarını deyərdim. Amma Azərbaycan təklif edə biləcəyim, çox şeyə sahib fantastik ölkədir. Həmçinin, əla şəraitə malik klubla və özümü rahat hiss etməyim üçün hər şeyi edən inanılmaz insanlarla tanış oldum. Mənə komandanın bir parçası olmaq, Portuqaliyadan kənarda ilk təcrübəmi yaşamaq imkanı verdiyi üçün “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə təşəkkür edirəm. Orada xoşbəxt olmağım üçün hər cür şərait yaratdılar. Ancaq indi vidalaşmaq və başqa macəraya başlamaq vaxtıdır. Təşəkkürlər, “Sumqayıt”.

Xatırladaq ki, Filpe Çabi “Sumqayıt”a cari mövsümün əvvəlində transfer olunmuşdu. O, Azərbaycan təmsilçisində 16 oyuna çıxsa da, qol və ya məhsuldar ötürmə ilə fərqlənməyib.