Andrey Lunin karyerasını "Real"da davam etdirməkdə qərarlıdır.

Sport24.az xəbər verir ki, ukraynalı qapıçı "Mançester Yunayted" və PSJ-nin təkliflərinə baxmayaraq, Madrid klubunda qalmaq qərarına gəlib. Tərəflərin gələn həftə yeni müqavilə imzalayacağı gözlənilir. Müqavilə Çempionlar Liqasının final oyunundan əvvəl rəsmən açıqlana bilər. 

Lunin dünən "Real"la birlikdə Çempionlar Liqasının finalına yüksəlib. Turnirin yarımfinalında madridlilər "Bayern"i (2:2, 2:1) məğlub edib.