Bu gün Konfrans Liqasında ikinci finalçı bəlli olub.

Sport24.az xəbər verir ki, yarımfinalın son cavab oyununda "Olimpiakos" "Aston Villa"nı qəbul edib.

İngiltərədə gözlənilməz qələbə qazanan yunanıstanlılar üstünlüyü əldən verməyiblər. İlk görüşdə het-trik edən El Kaabi bu dəfə dubl edib. Mərakeşli forvard "Aston Villa"nın qapısına vurulan 6 qoldan 5-nin müəllifi olub.

Qeyd edək ki, cütün qalibi mayın 29-da Afinada baş tutacaq finalda "Fiorentina" ilə görüşəcək.

Konfrans Liqası
Yarımfinal, cavab oyunu
9 may
23:00. "Olimpiakos" – "Aston Villa" - 2:0

İlk oyun – 4:2