"Neftçi"yə qarşı bu arenada oynamaq həmişə çətin olub". Sport24.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "İmişli"nin futbolçusu Azər Salahlı deyib.
Oyunçu Misli Premyer Liqasının XII turunda sözügedən rəqibi 3:2 hesabı ilə məğlu etdikləri oyunla bağlı fikirlərini bölüşüb:
"Xüsusən də yenilənmiş "Neftçi"yə qarşı matçımız çətin alındı. Amma xal və xallar qazanacağımıza sonadək inanırdıq. Çox xoşbəxtik. Çətin oldu, amma bu qələbə üçün dəydi".
Salahlı sabiq komandasına qalib gəldiklərini xatırladıb:
"Bu mövsüm "Neftçi"yə uduzmaq istəmirəm. İkinci oyun geridə qaldı. İlk qarşılaşmada heç-heçə qeydə alınmışdı. Mənim üçün prinsipiallıq var idi. Uduzmaq istəmirdim. Göstərmək istəyirdim ki, problem məndə deyil. Hər zaman tənqid olunurdum. Yəqin ki, problemi tapsalar, həll edəcəklər".
"Neftçi"nin fərdi şəkildə yaxşı oynayan oyunçuları var. Bunlara qarşı ikinci planda oynamalısan. Şans yarandıqca əks hücumlar və standart vəziyyətlərə bel bağlamalısan. Biz də bundan maksimum istifadə etdik. Qələbə qazandığımız üçün xoşbəxtik".
Oyunçu "Neftçi"dən ayrıldığı dönəmə də toxunub:
"Bunlar geridə qalıb. Bu barədə çox danışmayım. "İmişli"nin futbolçusuyam. "Neftçi"də oynamaq mənim üçün fəxr idi. Bu tarixdir. Gələcəkdə ailənə, övladlarına danışmaq üçün böyük qürurdur. "Neftçi"yə uğurlar arzulayıram".
"Ümumiyyətlə "Neftçi"nin adı, bu komandaya qarşı oynamaq xüsusi bir motivasiyadır".
Azər Salahlı yaxşı kollektivlərinin olduğunu söyləyib: "Nəticələrimizin yaxşı olması bununla bununla bağlıdır. Ümid edirəm ki, oyunlarımızı tezliklə İmişlidə keçirərik".