"Hazırda Premyer Liqada avrokuboklara vəsiqə uğrunda ölüm-dirim savaşı gedir. Hesab edirəm ki, 2-7-ci yerlərdə qərarlaşan komandaların hər birinin qitəmiqyaslı yarışlara getmək şansları qalır". Bunu Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Azər Bağırov deyib.

 

39 yaşlı mütəxəssisin fikrincə, qitəmiqyaslı turnirlərə vəsiqələrin taleyi son iki turda həll olunacaq: "Qarşıda bizi bir-birindən maraqlı, gərgin keçəcəyi ehtimal olunan 6 tur  gözləyir. Bu 6 oyunda istənilən nəticəni görə bilərik. Fikrimcə, 35 və 36-cı turlar daha gərgin keçəcək. Məhz bu iki turdakı nəticələrdən sonra daşlar yerinə oturacaq".

 

Qeyd edək ki, ötən yay "Araz-Naxçıvan"ın "sükanı arxasına" keçən Bağırov Premyer Liqanın XXIX turunda Naxçıvan təmsilçisindən ayrılıb


ABDULLA İSMAYILOĞLU