"Hər kəs öz karyerasını və ailəsini fikirləşməlidir". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov komandasının sabiq kapitanı Adil Nağıyevin danışılmış oyunlarda iştiraka görə futboldan ömürlük uzaqlaşdırılmasına münasibət bildirərkən deyib:

 

Abbasov hər bir idmançı üçün ən ağır cəzanın ömürlük uzaqlaşdırılması olduğunu açıqlayıb:

 

"Futbolçu oynadığı klubda işləyən insanların haqqına girməməlidir. Məncə, hər bir idmançının ən ağır cəzası budur. Adil Nağıyev kapitanımız idi. Bütün gənc futbolçularımız ehtiyatlı olmalıdır, bu kimi təklifləri yaxına belə buraxmamalıdır".