"Sözün açığı, dedim bəlkə Şəhriyarı çağırarlar. Çünki stopperləri zədəlidi". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.

Millimizin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün ilk matçlarına Premyer Liqamızın debütantından heç bir futbolçu çağırmadı. Halbuki, məhz italiyalı mütəxəssisin tovuzlu futbolçulardan vaxtilə dəvət etdikləri olub ki, onda başqa klublarda çıxış edirdilər. Abbasov onlardan biri olan təcrübəli mərkəz müdafiəçisi, kapitanı Şəhriyar Əliyevin çağırılacağını gözləyirmiş: "Şəhriyarın oyun praktikası da yetərincədi, son oyunlar da pis təsir bağışlamır. Bu üzdən təctübəsinə görəmhardasa gözləyirdim dəvət almasını. Amma yenə də baş məşqçi seçimidi".

Maraqlıdı, de Byazi Abbasovla görüşərkən ona hansısa futbolçusunun (yaxud futbolçularının) namizədlər siyahısında olduğunu deyib?: "Ümumən, hər kəsi kontrolda saxladığını, izlədiyini bildirir. Buna görə daha əlavə bir söz deməyə ehtiyac yoxdu məncə. Hər kəs onun fikrindədi, kim nə vaxt lazım olsa, çağırar".

Xatırladaq ki, millimiz martın 24-də Avstriyanın, 27-də İsveçin qonağı olacaq.

 

 

MEHMAN SÜLEYMANOV